“Royal Dutch Shell” İrana borcunu ödəyə bilmir

“Royal Dutch Shell” İrana borcunu ödəyə bilmir
# 27 mart 2012 01:49 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Böyük Britaniya və Hollandiyanın müştərək neft şirkəti olan “Royal Dutch Shell” İrandan aldığı neftin pulu ödəməkdə çətinlik çəkir. APA-nın məlumatına görə, ABŞ və Avropa Birliyinin İrana qarşı sanksiyalarına əsasən, şirkət bu ölkədən aldığı 8 milyon barel neftin pulunu İran dövlətinin hesabına yatıra bilmir. Odur ki, “Royal Dutch Shell” İrana 1 milyard dollar borcunu ödəməkdə çətinlik çəkir.
Qeyd edək ki, İrandan hər gün 100 min barel neft alan “Royal Dutch Shell” bu ölkədən ən çox neft alan şirkətlərdən biridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR