Qəbələdə Böyük Britaniya, Polşa və Rusiya musiqiçilərinin iştirakı ilə konsertlər olub

Qəbələdə Böyük Britaniya, Polşa və Rusiya musiqiçilərinin iştirakı ilə konsertlər olub
# 31 iyul 2012 19:31 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünyanın ən məşhur orkestrlərindən biri olan London Royal Filarmonik Orkestrinin üçüncü möhtəşəm konserti olub. APA-nın məlumatına görə iyulun 31-də “Qafqaz Resorte” otelinin qarşısındakı açıq səhnədə keçirilən konsertdə səhnəyə çıxan Royal Filarmonik Orkestrin solistlərini Tenerife Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Mixal Nesteroviç (dirijor) və Litva Kamera Orkestrinin musiqi direktoru Sergey Krilov (violin) müşaiyyət edib. Tanınmış musiqiçilər tamaşaçılara XIX əsrin dahi rus bəstəkarı Pyotr Çaykovskinin əsərlərini təqdim ediblər.
Həmin gün keçirilən kamera musiqisi axşamında dünya şöhrətli avstriyalı bəstəkar Frans Şubertin əsərləri səsləndirilib. Konsertdə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspirantı, Qəbələ II Beynəlxalq Piano Müsabiqəsinin qalibi, M.Rostropoviç və D.Şestakoviç adına musiqi fondlarının təqaüdçüsü olan rusiyalı pianoçu Andrey Yaroşinski, Moskva Dövlət Konservatoriyasının dosenti, beynəlxalq festivalların iştirakçısı və müsabiqələrin qalibi Nadejda Tokareva (violin), “Sehrli kaman” beynəlxalq müsabiqəsində Qran-pri mükafatının sahibi, Klivlend Musiqi İnstitutunun tələbəsi olan rusiyalı Fyodor Amosov (violonçel), festivalın bədii rəhbəri, “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru Dmitri Yablonski (violonçel), Rusiyanın xalq artisti, “Moskva virtouzları” kamera orkestrinin solisti və direktoru Qriqori Kovalevski (kontrabas) və Rusiya Musiqi Akademiyasının müəllimi Aleksandr Akimovun (viola) iştirakı yüksək səviyyədə təqdim olunan musiqi əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR