Azərbaycanda cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb - FOTO

Azərbaycanda cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb - <font color=red>FOTO</font>
# 26 sentyabr 2012 14:16 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, vətəndaş Elvin Yamən oğlu Abbasovun 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatı tərəfindən müəssisədə cəza çəkən 1982-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 180.2.4; 66-cı maddələri ilə təqsirli bilinərək 5 il 6 ay 18 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vasif Tahir oğlu Abbasova gətirdiyi sovqata baxış keçirilib. Bu zaman iki ədəd toyuğun içərisindən hər birində 1 ədəd “Nokia-6700c-1” mobil telefon aparatı olmaqla, təxmini çəkisi bir kiloqram olan kərə yağının içərisindən 1 ədəd “Nokia-5310” və 1 ədəd “Nokia-6710c-1” mobil telefon aparatı, həmçinin 2 ədəd mobil telefon üçün qidalandırıcı batareya və 4 ədəd mobil telefon üçün elektrik qidalandırıcısının ucluqları aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR