Müsavat başqanının müavini Tofiq Yaqublu inzibati qaydada cəzalandırılıb

Müsavat başqanının müavini Tofiq Yaqublu inzibati qaydada cəzalandırılıb
# 24 may 2012 16:03 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu polisin tələbini yerinə yetirməməkdə təqsirli bilinərək inzibati qaydada cəzalandırılıb. Suraxanı Rayon Məhkəməsindən APA-ya verilən məlumata görə, T. Yaqublu İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) təqsirləndirilib. Suraxanı Rayon Məhkəməsinin hakimi Zülfüqar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə T. Yaqublu 20 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb.

T. Yaqublu APA-ya açıqlamasında deyib ki, bu gün saat 10.30-da Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə aparılıb. Protokol tətbiq olunduqdan sonra isə Suraxanı Rayon Məhkəməsinə göndərilib və saat 17.30-da sərbəst buraxılıb. T. Yaqublu saxlanılmasının İctimai Palatanın İctimai Televiziya və Radio Yayımları Şirkətinin binası qarşısında keçirilən aksiya ilə bağlı olduğunu söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR