Qazaxıstanda MDB ölkələri hərbçilərinin IX Spartakiadası başlayıb

Qazaxıstanda MDB ölkələri hərbçilərinin IX Spartakiadası başlayıb
# 03 iyul 2012 09:50 (UTC +04:00)
Bakı. Yadigar Bayramlı-APA. Qazaxıstan paytaxtında MDB ölkələri hərbçilərinin IX Spartakiadası başlayıb. APA-nın Qazaxıstan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, idman yarışlarında iştirak etmək üçün 9 ölkənin Silahlı Qüvvələrini təmsil edən idmançılar Qazaxıstana gəlib. Spartakiadada Qazaxıstan, Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan, Ukrayna ilə yanaşı, yarışma tarixində ilk dəfə olaraq Hindistan komandası da iştirak edir. İdman birinciliyi uğrunda mübarizəyə 320-dən çox idmançı qoşulub. Spartakiadanın təntənəli açılışı desant-hücum briqadasının yeni stadionunda keçirilib.

Qeyd edək ki, Spartakiada proqramına səkkiz idman növü üzrə - ordu əlbəyaxa döyüşü, sərbəst mübarizə, cüdo, voleybol, idman daşı idmanı, üzgüçülük, idman səmtləşməsi, triatlon yarışları daxil edilib. Spartakiada iyul ayının 11-ə kimi davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR