Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gələn həftə Latin Amerikası turnesinə çıxacaq

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gələn həftə Latin Amerikası turnesinə çıxacaq
# 20 iyul 2012 13:25 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva- APA. Gələn həftə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir sıra Latin Amerika ölkələrinə rəsmi turneyə çıxır. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

XİN başçısı ilk olaraq iyulun 23-də Kolumbiyaya gedəcək. Daha sonra Elmar Məmmədyarovun Argentina, Uruqvay və Peruya səfəri nəzərdə tutulur. Səfər zamanı ölkələr arasında siyasi və iqtisadi sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Səfərin çərçivəsində biznes-forumların keçirilməsi də nəzərdə tutulub.

Latin Amerikas turnesini başa vurduqdan sonra Elmar Məmmədyarov iyulun 31-də Parisə birgünlük rəsmi səfərə gedəcək. Səfər çərçivəsində onun Fransanın xarici işlər naziri ilə görüşü nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR