Nazirlər Kabinetinin dələduzluq və rüşvət almaqda təqsirləndirilən sabiq referenti infarkt keçirib

Nazirlər Kabinetinin dələduzluq və rüşvət almaqda təqsirləndirilən sabiq referenti infarkt keçirib
# 01 mart 2012 12:33 (UTC +04:00)
APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə elan olunub ki, Ç. Quliyevin qohumları məhkəməyə zəng edərək, onun infarkt keçirdiyini və məhkəməyə gələ bilməyəcəyini deyiblər. Bunun üçün də onun məhkəməyə gəlməməsinin səbəblərinin araşdırılması üçün qərar qəbul olunub. Belə ki, hakim Əfqan Hacıyev bildirib ki, 2011-ci il martın 5-də Ç. Quliyevin polisin nəzarətinə verilməsi barədə qərar qəbul olunub. Həmin qərar isə icra olunmaq üçün Nizami rayon Polis İdarəsinə həvalə edilib. Bunun üçün də Ç. Quliyevin məhkəməyə gəlməməsinin səbəbinin dəqiq araşdırılması üçün Nizami rayon Polis İdarəsinə müraciət olunması barədə qərar qəbul olunub. Qərara əsasən, Ç. Quliyevin məhkəməyə üzrsüz səbəbdən gəlməməsi sübuta yetirlərsə o, polis əməkdaşları tərəfindən növbəti prosesə məcburi şəkildə gətiriləcək.

Məhkəmənin növbəti iclası isə martın 9-na təyin olunub.

İttihama görə, Çingiz Quliyev vətəndaşların etibarından sui-istifadə edib, onlara maddi ziyan vurub. O, bir çox vətəndaşa hüquqi yardım göstərmək adı ilə dələduzluq əməli törədib. Belə ki, Ç. Quliyev həbsdə olan şəxsin azadlığa buraxılması üçün pul alsa da, vədinə əməl etməyib. Zərərçəkmişin şikayətindən sonra isə o, saxlanılıb. Onun barəsində başqa yerə getməmək və yaşayış yerini dəyişməmək barədə qərar qəbul olunub. Həmin qərarın icrası isə Nizami rayon Polis İdarəsinə həvalə edilib.

Ç. Quliyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 311-ci (rüşvət alma) maddələrinə əsasən təqsirləndirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR