«Alfa Sığorta» şirkətinin icbari sığortalar üzrə fəaliyyəti məhdudlaşdırılıb

«Alfa Sığorta» şirkətinin icbari sığortalar üzrə fəaliyyəti məhdudlaşdırılıb
# 04 iyul 2012 08:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti «Alfa Sığorta» ASC-nin «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə lisenziyasının qüvvəsini müvəqqəti olaraq dayandırıb.

Maliyyə nazirinin müavini Azər Bayramovun «APA-Economics»ə verdiyi məlumata görə, buna səbəb şirkətdə aparılan yoxlamalar zamanı müəyyənləşdirilən bəzi çatışmazlıqlar səbəb olub.

Xatırladaq ki, səhmdarı (100%) «Texnikabank» ASC olan «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 6,750 mln. manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR