“Azercell” 3GMax modeminin sahibləri “Eurovision 2012” müsabiqəsinə bilet uda biləcəklər

“Azercell” 3GMax modeminin sahibləri “Eurovision 2012” müsabiqəsinə bilet uda biləcəklər
# 10 aprel 2012 15:52 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azercell Telekom” MMC 3GMax modemi sahiblərinə “Eurovision 2012” müsabiqəsinə bilet əldə etmək şansı verəcək “Şanslı bilet” stimullaşdırıcı lotereya kampaniyasına start verib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, aprelin 10-dan başlayan “Şanslı bilet” kampaniyası ilə 3GMax USB modemini alan abunəçilər stimullaşdırıcı lotereyada iştirak etmək hüququ qazanacaqlar. Bu tarixdən etibarən 3GMax USB modem cihazının cəmi 29 AZN ödəməklə əldə etmək mümkündür.

Lotereyaya qoşulmaq üçün abunəçilər aprelin 10-dan mayın 25-dək olan müddətdə hər hansı digər “Azercell” nömrəsi vasitəsilə öz data kart nömrəsini qısa mesaj vasitəsilə 8222 nömrəsinə göndərməlidirlər (8222 nömrəsinə göndərilən SMS ödənişsizdir). “Şanslı bilet” adlı kampaniya 296 00 00 - 297 99 99 və 294 00 00 - 294 89 99 data kart nömrələrini əhatə edir.

Lotereyanın qaliblərini müəyyən etmək məqsədilə “Azercell” tərəfindən 3 tiraj təşkil olunacaq (24 aprel, 8 may və 22 may tarixlərində). Bu tirajlarda mayın 26-da “Bakı Kristal Zal”da keçiriləcək “Eurovision 2012” mahnı müsabiqəsinin final konsertinə toplam 400 bilet oynanılacaq.

Qeyd edək ki, hər nömrə lotereyada bir dəfə iştirak edə bilər. Bundan əlavə, kampaniya çərçivəsində alınmış 3GMax USB modemlərinə hədiyyə olaraq cari və növbəti faktura dövrü ərzində hər faktura dövrü üçün 1 GB pulsuz mobil internet trafiki verilir. Əlavə hər 1 MB üçün abunəçi 0,02 AZN (ƏDV daxil) ödəyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR