Azərbaycan Milli Konservatoriyasının yeni inşa olunan binası bir il ərzində istifadəyə veriləcək

Azərbaycan Milli Konservatoriyasının yeni inşa olunan binası bir il ərzində istifadəyə veriləcək
# 21 iyun 2012 08:05 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi deyib. O bildirib ki, ali məktəbin yeni binası Yasamal rayonu Hüseyn Cavid prospektində inşa olunur.

S. Kərimi konservatoriyanın yeni binasının sahəsinin təxminən 24 min kvadrat metr olacağını da qeyd edib: “Yeni bina istifadəyə verildikdən sonra tələbə və müəllim heyətinin genişlənməsi məsələsi də gündəmə gələcək”.

O, hazırda konservatoriyada 252 tələbənin təhsil aldığını da deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR