«Qafqaz Lizinq» şirkətinə yeni sədr təyin olunub

«Qafqaz Lizinq» şirkətinə yeni sədr təyin olunub
# 20 iyun 2012 14:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qafqaz Lizinq» şirkətinin İdarə Heyətinə yeni sədr təyin edilib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, təsisçilərin qərarı ilə əvvəllər şirkətin Müşahidə Şurasının sədri vəzifəsini icra etmiş Fuad Məmmədov şirkətin İdarə Heyətinə sədr təyin olunub.

Şirkətdən bildirib ki, aparılan ciddi struktur dəyişikləri nəticəsində İdarə Heyətinin sədr müavinləri də təyin edilib. Yaxın vaxtlarda isə Müşahidə Şurasının yeni sədrin seçiləcəyi gözlənilir.

Xatırladaq ki, təsisçisi «NAB» Şirkətlər Qrupu (99%) və İranın bir fiziki şəxsi (1%) olan «Qafqaz Lizinq» ASC 2007-ci ilin oktyabr ayından fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR