ABŞ Səfirliyinin icma üzvləri icma xidməti göstərməklə 11 sentyabr hadisələrini anıblar - FOTO

ABŞ Səfirliyinin icma üzvləri icma xidməti göstərməklə 11 sentyabr hadisələrini anıblar - <font color=red>FOTO</font>
# 11 sentyabr 2012 14:29 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Azərbaycandakı səfirliyinin icma üzvləri, İREX Azərbaycan və Amerika Şurasının nümayəndələri, habelə UGRAD və FLEX proqramlarının məzunları 11 sentyabr 2001-ci il tarixində Nyu-York və Vaşinqton şəhərlərində törədilmiş terror hücumlarının ildönümünü anmaq məqsədilə ictimai xidmət günündə iştirak ediblər. ABŞ səfirliyindən APA-ya verilən məlumata görə, könüllülər ABŞ Səfirliyinin icma üzvlərinin adından Azərbaycan Küçə Uşaqları Sığınacağı üçün ianələr çatdırdılar və yeni yataqlar və qurğuları yerləşdirməklə öz vaxt və xidmətlərini təklif ediblər. Səfir Riçard Morninqstar sığınacağa baş çəkib və çıxış edərək terror hücumlarını anıb.

Qeyd olunub ki, prezident Obamanın xidmət üçün ümumi çağırışı ruhunda 2009-cu il Edvard Kennedi Amerikaya Xidmət Aktı tərəfindən 11 sentyabr Milli Xidmət və Anma Günü elan edilib. Amerikalılar bu faciəvi hadisədən sonrakı günlərdə üstünlük təşkil edən həmrəylik və şəfqət hissini canlandırmaq üçün ehtiramlı və məhsuldar bir üsul olaraq öz yaşadıqları icmalarda xidmət göstərməyə çağırılırlar.

Səfir çıxışında bunları deyib: “Bu gün burda gördüyümüz işlər səfirliyimizin bu sığınacaqla birgə işləməklə və burdakı uşaqların həyatını bir az asanlaşdırmaqla Azərbaycan icmasına qarşılıqlı yardım etmək səylərini əks etdirir. Bizim bu sığınacaqdakı birgə səylərimiz ABŞ-Azərbaycan münasibətlərinin simvolu olmalıdır. Biz azərbaycanlı dostlarımızla birgə bu münasibətləri genişləndirmək və burda yaşayanların hyatlarını yaxşılaşdırmaq üçün çalışırıq.”

Bu ianələr üçün istifadə olunmuş vəsaitlərin böyük hissəsi 1995-ci ildə Tayvanda xidmət göstərərkən vəfat etmiş Xarici Xidmət Rəisi Kirby Simonun xatirəsinə yaradılmış xeyriyyə fondu, J. Kirby Simon Xarici Xidmət Tresti tərəfindən təmin olunub. Trest icma xidmətlərinin imkanlarını genişləndirmək, Xarici Xidmət işçilərinin və mütəxəssislərinin və onların ailələrinin professional və şəxsi rifahını yaxşılaşdırmaq məqsədi daşıyır. Trest Kirby Simonun həmkarları , dostları, qohumları və trestin missiyasında maraqlı olan digər şəxslərin ianələri ilə maliyələşdirilib.

Azərbaycan Uşaqlar Birliyinin (AUB) bir hissəsi olan Küçə Uşaqları üçün Sığınacaq 2007-ci ildə açılıb və küçədə qalmış uşaqları ev və yataq yerləri ilə təmin edir. AUB-un missiyası “uşaqları və yeniyetmələri müstəqil həyata hazırlamaq və icma xidmətlərinin, ələxüsus, təhsil və səhiyyədə, inkişafını təbliğ etməkdir”. Missiyanın məqsədləri uşaqların ictimai və iqtisadi şəraitini, səhiyyə, təhsil, ictimai və hüquqi dəstəyi gücləndirmək və uşaqlara və gənclərə hüquqi statusun verilməsini təbliğ etəmkdir. Sığınacaqdakı istedadlı yeniyetmələr breykdans təlimləri və fotoqraflıq sərgiləri də daxil olmaqla bir sıra incəsənət layihələrində iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR