Azərbaycan Dövlət Neft Şirkəti büdcəyə ödənişləri artırıb

Azərbaycan Dövlət Neft Şirkəti büdcəyə ödənişləri artırıb
# 12 aprel 2012 13:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2012-ci ilin mart ayında dövlət büdcəsinə 126,608 mln. manat həcmində vəsait ödəyib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu göstərici 2011-ci ilin mart ayı ilə müqayisədə 68,1% çoxdur.

Ümumiyyətlə, 2012-ci ilin yanvar-mart aylarında ARDNŞ büdcəyə 322,422 mln. manat ödəyib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,9% çoxdur.

Bundan əlavə, mart ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11,882 mln. manat vəsait köçürüb ki, bu da 2011-ci ilin mart ayına nisbətən 20,4% çoxdür. Ümumiyyətlə, 2012-ci ilin yanvar-mart aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 35,6 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün analoji göstəricisini 18% üstələyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR