“Qəbələ” Qvineya yığmasının müdafiəçisi ilə 2 illik müqavilə imzalayıb

“Qəbələ” Qvineya yığmasının müdafiəçisi ilə 2 illik müqavilə imzalayıb
# 20 iyul 2012 07:34 (UTC +04:00)
Bakı-APA. Sloveniyada hazırlıqlarını davam etdirən “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, Qvineya yığmasının üzvü Omar Kalabane ilə 2 illik müqavilə imzalanıb.

31 yaşlı müdafiəçi karyerası ərzində Tunisin “ES Sabel”, Fransanın “Oser”, Türkiyənin “Manisaspor” və BƏƏ-nin “Əl-Dafra” klublarında oynayıb. Hazırda Sloveniyada - “Qəbələ”nin düşərgəsində olan Kalabane artıq yeni komandası ilə məşqlərə çıxıb.

Qeyd edək ki, 1,92 sm boya malik Kalabane müdafiəçidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR