Azərbaycanda şəhərsalma prosesində ictimaiyyət nümayəndələri də iştirak edəcək

Azərbaycanda şəhərsalma prosesində ictimaiyyət nümayəndələri də iştirak edəcək
# 13 aprel 2012 08:58 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, Azərbaycanda şəhərsalma prosesində ictimaiyyətin iştirakı da nəzərdə tutulur. “APA-Economics”in xəbərinə görə, bu barədə Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini, hazırda Məcəllə üzərində çalışan işçi qrupunun rəhbəri Səyyad Kərimov bildirib.

Onun sözlərinə görə, şəhərsalma və ərazi planlaşdırılması zamanı ictimaiyyətin məlumatlandırılması, bununla əlaqədar ictimai dinləmələrin keçirilməsi, təkliflərin qəbul edilməsi və s. məsələlər nəzərdə tutulub ki, bu da şəhərsalma və ərazi planlaşdırılması prosesinin şəffaf keçirilməsinə imkan verəcək.

S.Kərimov qeyd edib ki, ictimaiyyətin məlumatlandırılması prosesi ərazi planlaşdırılması ilə bağlı qərarın planlaşdırılmasından başlayır və sənədlərin qəbulu başa çatana qədər davam edir. İctimaiyyətin məlumatlandırılması işlərinə ictimai müzakirələrin keçirilməsi və görüləcək işlər haqqında geniş məlumatların verilməsi də aiddir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR