Rusiyadan Azərbaycana ətriyyat məhsulları daşıyan yük avtomobili minik maşını ilə toqquşub, ölən var

Rusiyadan Azərbaycana ətriyyat məhsulları daşıyan yük avtomobili minik maşını ilə toqquşub, ölən var
# 10 mart 2012 10:06 (UTC +04:00)
APA-nın Şimal bürosunun məlumatına görə, 1961-ci il təvəllüdlü, Bakı şəhər sakini Nizam Mehdiyevin idarə etdiyi 19 BC 304 dövlət nömrə qeydiyyatlı yük maşını ilə Xaçmaz rayonu Çarxı kənd sakini David Namzavun idarə etdiyi 27 BG 647 dövlət nömrə nişanlı VAZ 2107 markalı avtomobil toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, qəza törədən yük maşını Rusiyadan Azərbaycana ətriyyat məhsulları daşıyırmış.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR