Azərbaycan əhalisi pullu xidmətlərdən istifadəni 10% artırıb

Azərbaycan əhalisi pullu xidmətlərdən istifadəni 10% artırıb
# 20 fevral 2012 14:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq ayının səviyyəsini 10,3% üstələyərək 478,3 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 57,1%-i hüquqi şəxslərin müəssisələri sayəsində yaranıb və bu müəssisələrdə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 7,4% artaraq 368 mln. manata çatıb.

«Hesabat ayında hər bir ölkə sakini orta hesabla 52,4 manatlıq və ya keçən ilin yanvar ayına nisbətən 6,7 manat (14,7%) çox müxtəlif pullu xidmətlərdən istifadə edib», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR