Azərbaycanda toya hazırlaşan gənc yol qəzasında ölüb

Azərbaycanda toya hazırlaşan gənc yol qəzasında ölüb
# 06 iyul 2012 08:04 (UTC +04:00)
Bu barədə APA-ya Nizami rayon Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə rayonda qeydə alınıb. Bakı şəhər sakini Məhərrəm Soliyev idarə etdiyi “Volkswagen” markalı maşını aşırıb. Nəticədə maşında olan sərnişin, 1987-ci il təvəllüdlü Niyazi Məhəmməd oğlu Nəbiyev aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Polisdən həmçinin bildirilib ki, hadisə zamanı ölən N. Nəbiyevin yaxında toyu olacaqmış.

Qeyd edək ki, ötən gün respublikanın avtomobil yollarında baş verən 10 yol qəzasında 4 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR