Lənkəranda baş verən qəzada üç avtomobil yararsız hala düşüb

Lənkəranda baş verən qəzada üç avtomobil yararsız hala düşüb
# 07 mart 2012 11:39 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. 19 yaşlı Lənkəran şəhər sakini Hüseyn Hüseynzadənin idarə etdiyi “VAZ-2107” markalı, 90 NC 407 dövlət nömrə nişanlı avtomobil qarşısında gedən eyni markalı 42 BA 223 dövlət nömrə nişanlı avtomobilə çırpılıb. Toqquşmadan sonra bu avtomaşınların arxasınca gələn “VAZ-21014” markalı, 90 LO 073 dövlət nömrə nişanlı digər avtomobil də idarəetməni itirərək Hüseyn Hüseynzadənin idarə etdiyi avtomaşına dəyib. Hadisə zamanı xəsarət alan olmasa da, hər 3 avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə yol polisləri gələrək baxış keçiriblər və avtoekspertiza təyin edilib. Sürücülər isə alkoqol testindən keçirilmək üçün Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR