Yanvarda ARDNŞ-ın büdcə ödənişləri 4,6% azalıb

Yanvarda ARDNŞ-ın büdcə ödənişləri 4,6% azalıb
# 13 fevral 2012 15:22 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2012-ci ilin yanvar ayında dövlət büdcəsinə 103 mln. 861 min manat vəsait ödəyib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan bildirilib.

Qeyd edək ki, bu ötən ilin yanvarına nisbətən 4,6% azdır. Bundan başqa, cari ilin yanvar ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 12 mln. 447 min manat vəsait köçürüb. Bu göstərici 2011-ci ilin yanvar ayı ilə müqayisədə 2 mln. 741 min manat və ya 28,2% artıqdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR