İranda 11 azərbaycanlı fəal azadlıqdan məhrum edilib

İranda 11 azərbaycanlı fəal azadlıqdan məhrum edilib
# 21 fevral 2012 10:56 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda 12 azərbaycanlı fəalın məhkəmə prosesi keçirilib. Hakimiyyətə qarşı çıxmaqda təqsirləndirilən fəalların işinə Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində baxılıb və hökm oxunub. APA-nın xəbərinə görə, hakim Mehdi Həmidi Şəfiq, Musa Bərzin Xəlifəlu, Tağı Sələhşur adlı fəallara 27 ay 1 gün, Mahmud Fəzli, Cəmşid Zarei, Elman Nuri və Əhməd Riyazi Mübarəkə 2 il, Mustafa Əvəzpur, Həsən Ərk, Əziz Purvəli və Vahid Şeyxbəyliyə isə 1 il qəti, 1 il isə şərti həbs cəzası verib. Murtəza Əvəzpur bəraət alaraq azadlığa buraxılıb.

Qeyd edək ki, mühakimə edilən 12 azərbaycanlı fəal 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Mustafa Əvəzpurun evində verdiyi iftar mərasimi zamanı Urmiya gölünün qurumasına İran hökumətinin laqeyd münasibətini müzakirə edərkən İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR