Budapeştdə Macarıstan və Azərbaycan gənclər təşkilatlarinin gorüşü olub - FOTO

Budapeştdə Macarıstan və Azərbaycan gənclər təşkilatlarinin gorüşü olub - <font color=red>FOTO</font>
# 07 aprel 2012 09:23 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, öncə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev ölkəmiz haqda geniş məlumat verib. Azərbaycanda hər bir sahədə olduğu kimi, gənclər sahəsində də gerçəkləşən önəmli layihələrdən söz açan səfir gənclər təşkilatları üçün bu səpkili görüşlərin yeni və geniş imkanlar açdığını bildirib.
Daha sonra hər iki ölkənin gənclər təşkilatları fəaliyyətləri, həyata keçirdikləri layihələri haqda məlumatlar verib.
İki saat davam edən görüş zamanı ortaq layihələr müzakirə olunub, gələcək əməkdaşlıq istiqamətləri barədə danışıqlar aparılıb, qarşılıqlı təkliflər dinlənilib.
Sonda səfir V. Quliyev Macarıstan universitetlərinin tələbələri arasında keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm” müsabiqəsinin qaliblərinin essələrinin dərc olunduğu kitabları görüş iştirakçılarına təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR