Bakı-Şamaxı yolunda yol qəzası baş verib, ölən və yaralanan var

Bakı-Şamaxı yolunda yol qəzası baş verib, ölən və yaralanan var
# 08 may 2012 07:29 (UTC +04:00)
Şamaxı. Elvin Yaqubov-APA. Bakı-Şamaxı avtomobil yolunda bir nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən avtomobil qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov APA-ya bildirib ki, hadisə ötən gecə yolun 21.5-ci kilometrliyində, Abşeron rayonu ərazisində qeydə alınıb. Sumqayıt sakini 1979-cu il təvəllüdlü Məmmədov Vidadi Manaf oğlu 90-XD-439 dövlət nömrə nişanlı “Mersedes C-200” markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan Laçın rayon sakini, 1979-cu il təvəllüdlü İsayev Hafiz Ramiz oğluna məxsus 10-OK-669 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşınının arxa hissəsindən vurub. Toqquşmanın təsiri nəticəsində hər iki avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində “VAZ 2106”nın sürücüsü Hafiz İsayev dünyasını dəyişib, digər sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR