Tovuzda canavarlar kəndə hücum edib

Tovuzda canavarlar kəndə hücum edib
# 29 sentyabr 2016 13:06 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuz rayonunda fərdi təsərrüfat canavar hücumuna məruz qalıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Mülkülü kəndində qeydə alınıb. Gecə saatlarında səs-küyə çıxan təsərrüfat sahibi Vahid Məmmədrzayev 15 xırdabuynuzlu heyvanın canavarlar tərəfindən parçalandığını görüb.

Parçalanmış heyvanlardan bir neçəsi həyətdə, digərləri isə yaxınlıqdakı əkin sahəsində aşkarlanıb.

Kənd sakinləri canavarların tez-tez kəndə hücum etdiyini bildiriblər. Bir neçə gün əvvəl yırtıcılar 2 at və 1 iribuynuzlu heyvanı da parçalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR