Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
# 20 avqust 2016 14:57 (UTC +04:00)

Bakı-APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 15:55-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR