Azərbaycan MN: Erməni silahlı bölmələri yaşayış məntəqələrini haubitsalarından atəşə tutmaqda davam edir

Azərbaycan MN: Erməni silahlı bölmələri yaşayış məntəqələrini haubitsalarından atəşə tutmaqda davam edir
# 28 aprel 2016 06:54 (UTC +04:00)

Bakı-APA. Aprelin 27-si axşam saatlarından başlayaraq, 28-i saat 04.00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.

APA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR