Prokuror barəsində bəraət hökmü çıxarılan şəxsin həbsinə dair protest verib

Prokuror barəsində bəraət hökmü çıxarılan şəxsin həbsinə dair protest verib
# 06 iyun 2016 07:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində narkotik vasitə əldə edib saxlamaqda təqsirləndirilən Fuad Nəcəfovun barəsində olan hökmdən prokurorun verdiyi protest əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında tərəflər dinlənilib. Məhkəmənin baxış iclası iyunun 17-ə təyin edilib.

Qeyd edək ki, Nəsimi rayon Məhkəməsi Fuad Nəcəfovun barəsində bəraət hökmü çıxarıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Məhkəmə hökmündən narazı qalan dövlət ittihamçısı hökmdən apellyasiya protesti verib. F. Nəcəfov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitə əldə etmə və saxlama) maddəsi ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR