Ruhani: “İran hökuməti xalqın səsini əmanət hesab edir”

Ruhani: “İran hökuməti xalqın səsini əmanət hesab edir”
# 26 fevral 2016 10:05 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. Bu gün İranda İslami Şura Məclisi və 5-ci çağırış Xobreqan Ekspertlər Şurasına seçkilər başlayıb.

APA-nın Tehran müxbirinin verdiyi məlumata görə, İran prezidenti Həsən Ruhani də səs verib.

O bildirib ki, hökumət xalqın səsini əmanət hesab edir: “Bu əmanəti qorumaq üçün bütün gücümüzdən istifadə edəcəyik. İran xalqını əmin edirəm ki, hökumət, Daxili İşlər Nazirliyi, icraçı komitələr, Nəzarət Şurası legitim və sağlam seçkilər təşkil edəcək”.

Ruhani qeyd edib ki, bütün seçki dairələrində təhlükəsizlik tədbirləri görülüb. “Əhalinin seçkilərdə fəal iştirak edir. Bu gün seçkilərdə iştirak edən bütün qruplar və partiyaların qələbə günüdür”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR