Prokurorluq Hakan Şükür və atasının saxlanılması barədə qərar verib

Prokurorluq Hakan Şükür və atasının saxlanılması barədə qərar verib
# 12 avqust 2016 08:36 (UTC +04:00)

Bakı-APA. Türkiyə yığması və “Qalatasray” klubunun məşhur futbolçusu olmuş Hakan Şükür və atası Semet Şükürun saxlanılması barədə qərar verilib.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Sakarya Baş Prokurorluğu Fətullahçı Terror Təşkilatı (FETO) ilə bağlı aparılan istintaq çərçivəsində dünən belə bir qərar verib.

Sakarya Polis İdarəsinin əməkdaşları hazırda ABŞ-da yaşayan H. Şükürün İstanbuldakı evində axtarış aparıblar. Adapazarında yaşayan və inşaat işləri ilə məşğul olan S. Şükürün də evində axtarış aparılıb. Axtarış zamanı S. Şükür tapılmayıb. H. Şükür haqqında qırmızı bülletenlə saxlama qərarı da veriləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR