Elmar Məmmədyarov: “Multikulturalizm birgə problemlərə qalib gəlmək üçün təşviq edilməlidir”

Elmar Məmmədyarov: “Multikulturalizm birgə problemlərə qalib gəlmək üçün təşviq edilməlidir”
# 04 may 2016 14:35 (UTC +04:00)

Bakı – APA. “Radikallaşma, ekstremizm və terrorizm kimi artan hədələr Avropa və onun tərəfdaşlarının sabitlik və təhlükəsizliyinə təhdid törədir. Bu hədələr yalnız insanların həyatını deyil, həm də dinc birgə yaşamanı təmin edən əsas universal dəyərləri hədəfə alır”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vıseqrad və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.

O qeyd edib ki, multikulturalizm və müxtəliflik müasir birgə problemlərə qalib gəlmək üçün geniş şəkildə təşviq edilməlidir: “Azərbaycan öz multikultural cəmiyyəti ilə bu baxımdan təcrübəsini bölüşməyə hazırdır. Yeri gəlmişkən, biz Aİ-nin xarici fəaliyyətindəki Mədəniyyət Strategiyasına bu sahədə bizim təcrübi fəaliyyətlərimizin modallıqlarını müəyyən etməkdə alət kimi baxırıq. 25-27 aprel, 2016-cı il tarixlərində Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu dövlətlər və beynəlxalq təşkilatlar üçün mədəniyyətlərarası dialoq və multikulturalizmi zorakılıq və ekstremizmə qarşı mübarizə aparmaq və hamı üçün sülh, təhlükəsizlik və rifah təmin etmək yolu kimi təşviq etməkdə rəhbər sənəd olacaq Bakı Bəyannaməsini qəbul edib. Forumun mövzuları və alt-mövzuları inkluziv cəmiyyətləri davamlı inkişafının əsas komponenti kimi təşviq edən və ədalət, sülh və təhlükəsizliyin yaradılmasını özündə ehtiva edən Davamlı İnkişaf üçün Gündəlik-2030-da öz əksini tapıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR