Yeddi həkim sertifikasiya imtahanından keçə bilməyib

Yeddi həkim sertifikasiya imtahanından keçə bilməyib
# 23 sentyabr 2016 13:33 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Səhiyyə Nazirliyinin sentyabrın 21-də keçirilmiş sertifikasiya imtahanının nəticələri açıqlanıb.

APA-nın xəbərinə görə, imtahanda 57 həkim iştirak edib. Onlardan 7-i imtahandan keçə bilməyib.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla, iki hissəyə (test və klinik tapşırıq) bölünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR