Milli Məclisə təkrar seçkilərdə Ağdaş Seçki Dairəsində məntəqələrin 25 faizində veb-kameralar quraşdırılacaq

Milli Məclisə təkrar seçkilərdə Ağdaş Seçki Dairəsində məntəqələrin 25 faizində veb-kameralar quraşdırılacaq
# 26 may 2016 15:32 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar bu dairə üzrə məntəqələrin 25 faizində veb-kameralar quraşdırılacaq.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MK) iclasında MSK sədri Məzahir Pənahov bildirib. M. Pənahov bildirib ki, 90 saylı Ağdaş Seçki Dairəsində 40 seçki məntəqəsi var, bu məntəqələrdən 10-da veb-kameralar quraşdırılacaq. M. Pənahov MSK-nın bununla bağlı müvafiq qərar qəbul edəcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR