Məhkəmə İran bankının BŞİH-ə qarşı şikayətini təmin etməyib

Məhkəmə İran bankının BŞİH-ə qarşı şikayətini təmin etməyib
# 11 iyun 2016 10:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Bank Melli İran”ın Bakı filialının Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı şikayəti əsasında məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, İran bankı qanunsuz söküntüyə görə mülkiyyətə vurulmuş ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Ərizəsində cavabdeh kimi Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamenti, üçüncü şəxs qismində isə Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti göstərilib. Məhkəmə iddianı mümkün saymayıb. Bank qərardan şikayət verib.

“Bank Melli İran”ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR