Ceyhun Mirzəyevin xatirə tədbiri keçiriləcək

Ceyhun Mirzəyevin xatirə tədbiri keçiriləcək
# 25 aprel 2016 11:16 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Aprelin 29-da Dövlət Film Fondunda kinorejissor və aktyor Ceyhun Mirzəyevin 70 illik yubileyi münasibətilə xatirə tədbiri keçiriləcək.

Fonddan APA-ya verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə təşkil olunacaq.

Xatirə gecəsində C. Mirzəyevin həyat və yaradıcılığını əks etdirən fotossesiya təqdim olunacaq, rejissoru olduğu, rol aldığı filmlərdən parçalar nümayiş etdiriləcək. Çıxış edənlər C. Mizəyevin Azərbaycan kinosunun indkişafındakı xidmətlərindən danışacaq, rejissorun kinofilmlərini təhlil edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR