ABŞ-ın BMT-dəki səfirinin kortejindən olan avtomobil kamerunlu uşağı vuraraq öldürüb

ABŞ-ın BMT-dəki səfirinin kortejindən olan avtomobil kamerunlu uşağı vuraraq öldürüb
# 19 aprel 2016 08:30 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ABŞ-ın BMT-dəki səfiri Samanta Pauerin kortejindəki avtomobillərdən biri Kamerunda azyaşlını vurub.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, hadisə dünən ölkənin ekstremist qruplaşmalardan ən çox əziyyət çəkən şimal bölgəsində qeydə alınıb. Bildirilir ki, düşərgəyə gedən yolda S. Pauerin kortejindəki zirehli avtomobillərdən biri gözlənilmədən yola atılan 7 yaşındakı oğlanı vurub. Sürücü ağır xəsarət alan uşağa yardım etmək istəsə də, ərazi təhlükəli olduğu üçün “yola davam et” əmri alıb.

Azyaşlı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. S. Pauer isə həmin gün uşağın yaxınlarına başsağlığı vermək üçün hadisənin baş verdiyi əraziyə gedib.

Qeyd edək ki, Samanta Pauer qaçqın düşərgələrini ziyarət edib və yerli hakimiyyət orqanları ilə “Boko Haram” hücumları ilə bağlı müzakirələr aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR