Mahaçqalada Əziz Əliyevin abidəsi ucaldılacaq

Mahaçqalada Əziz Əliyevin abidəsi ucaldılacaq
# 27 yanvar 2016 11:02 (UTC +04:00)

Bakı - APA. Dağıstanın Mahaçqala şəhərində Dağıstan və Azərbaycanın dövlət xadimi olmuş Əziz Əliyevə abidə ucaldılacaq.

APA-nın “rusplt.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Mahaçqala meriyasının mətbuat xidmətindən bildirilib. Abidə üçün ayrılmış ərazidə hazırlıq işləri aparılır. Abidə Bakıdan olan heykəltəraşlar tərəfindən hazırlanır və bütün hazırlıq işləri tamamlandıqdan sonra Mahaçqalaya aparılacaq.

Qeyd edək ki, Əziz Əliyev SSRİ dövründə müxtəlif illərdə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi, Azərbaycan SSRİ-nin xalq səhiyyə komissarı, Azərbaycan Ali Məhkəməsinin sədri vəzifələrində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR