Kişinyovda Moldovanın Rumıniyaya birləşməsinin tərəfdarları və əleyhdarları mitinq keçirir

Kişinyovda Moldovanın Rumıniyaya birləşməsinin tərəfdarları və əleyhdarları mitinq keçirir
# 27 mart 2016 13:15 (UTC +04:00)

Bakı-APA. Bu gün Kişinyovda Moldovanın Rumıniyaya birləşməsinin tərəfdarları və əleyhdarları mitinq keçirir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Moldovanın Rumıniyaya birləşdirilməsinin tərəfdarları Milli Sarayda “Ölkə Şurası-2” qurultayını keçirirlər.

Bu, 1918-ci il martın 27-də keçirilən və ölkənin Rumıniyaya birləşdirilməsinə səs verilmiş “Ölkə Şurası”nın anoloqudur. Qurultay iştirakçıları “Ölkə Şurası”nın yeni tərkibini – parlamenti seçiblər. İctimai və siyasi xadimlərin daxil olduğu bu parlament 2018-ci ilin martına qədər iki ölkənin birləşməsi ilə bağlı strategiya və sənədləri hazırlamalıdır. Çünki həmin vxat ölkələrin birləşməsinin 100 ili tamam olur. Tədbirin təşkilatçısı olan “Actiunea-2012” (Hərəkat-2012) vətəndaş platforması qurultaydan sonra Kişinyovun mərkəzi magistralında çoxminli marş keçiriləcəyini elan edib və aksiya başlayıb.

Bu gün səhər saatlarında Kişinyovun mərkəzində Moldovanın Rumıniyaya birləşməsinin əleyhinə olan Moldova Respublikası Sosialist Partiyası və ictimai təşkilatların tərəfdarları da toplanıb. Aksiyada ümumilikdə 1000 nəfərdən çox iştirak edib. Moldovanın Rumıniyaya birləşdirilməsinin tərəfdarları və əleyhdarları arasında toqquşmalara yol verilməməsi üçün Moldova hakimiyyəti yüksək təhlükəsizlik tədbirləri görüb və şəhərin mərkəzi bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR