Misirin tibbi-ekspertiza xidməti “EgyptAir” göyərtəsində partlayış olması ilə bağlı yayılan xəbərləri təkzib edib

Misirin tibbi-ekspertiza xidməti “EgyptAir” göyərtəsində partlayış olması ilə bağlı yayılan xəbərləri təkzib edib
# 24 may 2016 15:24 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Misirin tibbi-ekspertiza xidmətinin rəhbəri Hişam Abdel Hamid “EgyptAir” təyyarəsinin göyərtəsində partlayış olması ilə bağlı yayılan məlumatları təkzib edib.

APA-nın “Ria Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə MEHA dövlət agentliyi məlumat yayıb.

“Bunlar yalan məlumatlardır. Misir tibbi ekspertlərindən heç biri belə açıqlamalar verməyib”.

İstintaq komitəsinin Fransadan olan üzvü də mediada gedən məlumatları təkzib edib. O, “Sputnik”ə açıqlamasında təyyarənin göyərtəsində partlayışa dair hər hansı əlamətin olmadığını və hər şeydən əvvəl "qara qutu"nun aşkarlanmasının vacibliyinə diqqət çəkib.

Qeyd edək ki, bundan əvvəl istintaq qrupunun tərkibinə daxil olan ekspertlərdən biri cəsəd qalıqlarının müayinəsi nəticəsində “EgyptAir”in göyərtəsində partlayış olması ilə bağlı fikir səsləndirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR