Lavrov və Kerri Suriya məsələsini müzakirə edib, növbəti görüş barədə razılığa gəliblər

Lavrov və Kerri Suriya məsələsini müzakirə edib, növbəti görüş barədə razılığa gəliblər
# 04 sentyabr 2016 11:55 (UTC +04:00)

Bakı-APA. Bu gün Çinin Xançjou şəhərində “Böyük iyirmilik” (G20) ölkələrinin sammiti çərçivəsində ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

APA-nın “RİA Novosti’ agentliyinə istinadən verdiyi məlumata görə, C. Kerri ABŞ və Rusiyanın Suriya ilə bağlı bir çox texniki məsələlər üzrə razılığa gəldiyini, razılaşdırılacaq bəzi məqamların qaldığını bildirib.

ABŞ dövlət katibi S. Lavrovla sabah, sentyabrın 5-də növbəti görüş keçirmək barədə razılığa gəldiklərini də açıqlayıb. Həmin görüşdə Suriya ilə bağlı ABŞ və Rusiya arasında ziddiyyətlərin aradan qaldırılması üçün müzakirələr davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR