Qara Qarayev prospektinin bir hissəsi açılır, digər hissəsi bağlanır

Qara Qarayev prospektinin bir hissəsi açılır, digər hissəsi bağlanır
# 04 iyul 2016 09:22 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Nizami rayonu Qara Qarayev prospektində aparılan təmir işləri ilə əlaqədar iyulun 4-dən 5-ə keçən gecə prospektin Şirin Mirzəyev küçəsindən (metronun Qara Qarayev stansiyası) Rüstəm Rüstəmov küçəsinə qədər (metronun Neftçilər stansiyası) olan hissədə təmirdən sonra nəqliyyat vasitələrinin hərəkəti bərpa olunacaq.

"Azəravtoyol" ASC-dən “APA-Economics”ə verilən məlumata görə, əks istiqamətdə, yəni Rüstəm Rüstəmov küçəsindən Şirin Mirzəyev küçəsinə qədər olan hissədə isə təmir işləri ilə əlaqədar qısa müddətlik hərəkətə məhdudiyyət tətbiq olunacaq.

Sürücülərdən təmir işləri aparılan müddət ərzində alternativ olaraq Rüstəm Rüstəmov, Bəkir Çobanzadə və Mikayıl Əliyev küçələrindən istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR