Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Yasamalda çoxmərtəbəli yaşayış binasında yanğın olub
# 20 may 2016 07:57 (UTC +04:00)

Bakı - APA. Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan 4 otaqlı mənzilin dəhlizində 4 kv.m sahədə döşəmə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR