Azərbaycanlı iş adamı "Çerkizovo" şirkətlər qrupuna təyinat alıb

Azərbaycanlı iş adamı "Çerkizovo" şirkətlər qrupuna təyinat alıb
# 27 aprel 2016 08:02 (UTC +04:00)

Bakı - APA-Economics. Rusiyanın ən iri ət məhsullarının istehsalçısı olan "Çerkizovo" şirkətlər qrupunun Direktorlar Şurasına əslən Azərbaycandan olan Emin Məmmədov daxil olub.

"APA-Economics" xəbər verir ki, E. Məmmədov Şuranın müstəqil üzvüdür.

E. Məmmədov Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun məzunudur.

O eyni zamanda "Peterburq qida korporasiyası" MMC-nin regional prezidentidir. Bunadək isə bir sıra transmilli şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR