Ankarada İsrail səfirliyinə hücum cəhdi olub

Ankarada İsrail səfirliyinə hücum cəhdi olub
# 21 sentyabr 2016 11:55 (UTC +04:00)

Bakı - APA. Türkiyənin paytaxtı Ankarada İsrail səfirliyinin binası qarşısında silahlı insident baş verib.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, iki naməlum şəxs səfirlik binasına girməyə cəhd göstərib. Polis həmin şəxslərə atəş açıb. Onlardan birinin öldürüldüyü bildirilir.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb olunub. Səfirliyin işçiləri binanın altındakı sığınacağa enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR