Bakıda bankların üzləşdiyi risklər və çağırışlar müzakirə olunub

Bakıda bankların üzləşdiyi risklər və çağırışlar müzakirə olunub
# 26 may 2016 09:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Bakıda “Gələcəyə baxış: Azərbaycan bank sektorunun üzləşdiyi risklər və çağırışlar” mövzusunda risklərin idarəedilməsi forumu keçirilir.


APA-Economics”in xəbərinə görə, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) Müşahidə Şurasının sədri Rüfət Mahmud deyib ki, forum risklərin idarəedilməsində son tendensiyalar barəsində məlumat əldə etmək baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycanın maliyyə sisteminə də təsirsiz ötüşmür.

Rusiyanın Risklərin İdarəedilməsi Cəmiyyətinin prezidenti Viktor Vereshagin qeyd edib ki, böhran dövründə də risklərin idarəedilməsi prioritetləri dəyişmir: “Böhran dövründə brendin qorunmasına xüsusi diqqət yetirmək lazımdır. Bununla yanaşı, digər prioritetlərə, təhsil, innovasiyaya üstünlük verilməlidir. Ümumiyyətlə, müsahiblər üçün milli sertifikasiya proqramları hazırlanmalıdır. Çünki, beynəlxalq sertifikasiya yerli şəraitə uyğun olmaya bilər”.

“Moodys” beynəlxalq reytinq agentliyinin kiçik vitse-prezidenti, analitiki Mariya Malyukova bildirib ki, ötən il olduğu kimi Azərbaycanın bank sektoru ilə bağlı proqnozlar neqativdir: “Dövlət tərəfindən bəzi iri banklara dəstəyin mövcud olması səbəbindən bəzi inkişaf var. Manatın devalvasiyası inflyasiyaya və əhalinin gəlirlərinin bölüşdürülməsi və alıcılıq qabiliyyətinə təsir edib. Devalvasiya fiskal siyasətə, bankların maliyyələşməsinə də təsir edib. Bankların əksəriyyəti manat likvidliyindən əziyyət çəkir. Aktivlərin keyfiyyəti ilə bağlı da proqnozlar var. Aktivlərdə mənfi təsir əlbəttə ki, devalvasiya ilə bağlıdır. Xarici valyutada kreditlərin verilməsi istehlakçı kreditlərdə mənfi trendlə nəticələnib. Toksik portfel ikiqat böyüyüb. Devalvasiya kapitallaşmaya da mənfi təsir edib. Bankların çoxunda kapitalların azalması müşahidə edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR