Bakıda evlərdən pul və qızıl oğurlayan qadın tutulub

Bakıda evlərdən pul və qızıl oğurlayan qadın tutulub
# 26 may 2016 09:44 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda evdən pul və qızıl oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 6-da Yaşar Feyzullayevə məxsus evdən 220 manat pul və qızıl əşya oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Gülşən Bəkirova tutulub, digər 1 nəfər isə müəyyən edilib.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 10-da Səyyarə Əliyevaya məxsus evdən 270 manat pul və 10000 manat dəyərində qızıl əşyalar oğurlaması da məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR