DMX: Gürcüstan vətəndaşlarının Azərbaycana miqrasiya halları artıb

DMX: Gürcüstan vətəndaşlarının Azərbaycana miqrasiya halları artıb
# 27 may 2016 10:48 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “2007-ci ildən etibarən Gürcüstan vətəndaşlarının Azərbaycana miqrasiya halları bir qədər artıb”. APA-nın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin baş inspektoru Süleyman Əsgərov deyib.

Onun sözlərinə görə, Gürcüstan vətəndaşları Azərbaycanda müvəqqəti yaşama hüquqları ilə təmin edilirlər: “Ən azı 5 il müddətində Azərbaycanda daimi yaşayan Gürcüstan vətəndaşları vətəndaşlıq almaq üçün sənədlərini təqdim edirlər. Gürcüstan vətəndaşlarının Azərbaycanda qohumları çoxdur. Məhz bu amil onların ölkəmizə miqrasiyasına təsir edən amillər sırasındadır”.

S. Əsgərov qeyd edib ki, son vaxtlar Rusiya, Qazaxıstan, Türkmənistan, Özbəkistanda yaşayan şəxslər də Azərbaycan vətəndaşlığına qəbul olmaq üçün çoxsaylı müraciət edirlər.

Baş inspektor onu da əlavə edib ki, Azərbaycan vətəndaşlığına qəbul olmaq istəyən əcnəbilər birmənalı şəkildə Azərbaycan dilini bilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR