SOCAR: BTC ilə indiyədək 290 mln. tondan artıq neft nəql olunub

SOCAR: BTC ilə indiyədək 290 mln. tondan artıq neft nəql olunub
# 07 dekabr 2015 12:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2015-ci ilin noyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 263 min 445 ton Azərbaycan nefti nəql olunub.

"APA-Economics"in məlumatına görə, cari ilin yanvar-noyabr aylarında bu kəmərlə 26 mln. 373 min 898 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2015-ci il dekabr ayının 1-ə qədər BTC-yə 290 mln. 213 min 744 ton neft vurulub.

Bundan başqa, 2015-ci ilin noyabr ayında BTC kəməri ilə 422 min 299 ton Türkmənistan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR