Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizə qəbulunun vaxtı açıqlanıb

Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizə qəbulunun vaxtı açıqlanıb
# 26 fevral 2016 12:14 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi üçün elektron ərizə qəbulunun vaxtı açıqlanıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, mövcud qaydalara əsasən, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi üçün elektron ərizələrin qəbulu tədris ilinin sonunda həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR