Erməni politoloq: “Hakimiyyətin İrəvandakı hadisələr qarşısındakı sükutu ölkənin total siyasi böhranda olduğunu göstərir”

Erməni politoloq: “Hakimiyyətin İrəvandakı hadisələr qarşısındakı sükutu ölkənin total siyasi böhranda olduğunu göstərir”
# 01 avqust 2016 13:15 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. "Ermənistan hakimiyyət nümayəndələrinin silahlı qruplaşmanın nəzarətdə saxladığı polis bölməsi ilə bağlı hadisələr qarşısındakı sükutu ölkənin total siyasi böhranda olmasının göstəricisidir".

APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bu barədə politoloq Ruben Meqrabyan deyib.

“Böhranın dəf edildiyini düşünmək lazım deyil, əksinə respublika siyasi böhrana sürüklənib. Biz hazırda total siyasi böhranla üzləşirik. Ötən həftə göstərdi ki, heç bir dövlət qurumu hər hansı hadisəyə adekvat reaksiya verə bilmir” , - deyə politoloq vurğulayıb.

Deputatların yay istirahətindən zövq aldıqlarını deyən R. Meqrabyan bildirib ki, onlar paytaxtdakı silahlı toqquşmalar barədə fikir bildirməyə ehtiyac görmürlər: “Belə çıxır ki, bizim parlament ölüdür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR