Nazirlik 165 əlili istirahət və sağlamlıq mərkəzlərinə göndərib

Nazirlik 165 əlili istirahət və sağlamlıq mərkəzlərinə göndərib
# 01 iyun 2016 08:38 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 165 nəfər əlilliyi olan şəxsi Lənkəran və Xaçmaz rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə yola salıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, istirahət müddətində əlilliyi olan şəxslər üçün musiqili-əyləncəli tədbirlər, viktorinalar və s. də təşkil olunur. Onların istirahət və sağlamlıq mərkəzlərinə aparılıb gətirilməsi xüsusi nəqliyyat vasitəsi ilə həyata keçirilir.

İstirahətə yola salınan əlilliyi olan şəxslər sosial təminatlarının gücləndirilməsi sahəsində aparılan məqsədyönlü işlərə, habelə yaz-yay mövsümündə ölkəmizin səfalı guşələrində mənalı istirahət etmələri üçün yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası proqramı”na əsasən, cari il ərzində 1000 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkili nəzərdə tutulub. Onlardan artıq 255 nəfəri Lənkəran və Xaçmaz rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR